Xaçmazın Ağtala kənd sakini 68 yaşlı Əhməd İsgəndərov 3 gün əvvəl Nərəcan kəndindəki mağazadan aldığı çörəyin içindən təxminən 4-5 sm uzunluğu olan kafel parçası tapıb.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, ailə üzvləri çörəyi yemədiklərinə sevinərək mağazaya üz tutublar.
Məsələ ilə bağlı Nərəcan kəndindəki həmin mağazanın sahibi Şahin Qeybullayevin fakta münasibəti isə belə olub:
“Ona mən cavabdeh deyiləm. Hər gələn çörəyi analizdən keçirməli deyiləm ki”.
Çörəyin bişirildiyi Xaçmaz şəhərindəki Paknur çörəkbişirmə müəssisəsinin məsul nümayəndəsi İlham Allahverdiyev şikayətçidən ona çörəyi bütöv gətirməyi tələb edib və bunu özlərinə şantaj sayıb.
Məsul nümayəndə bunu onlarla rəqabət aparan digər müəssisələrin təxribatı da adlandırıb.