Xaçmazda məzardaşını yararsız hala salan şəxs saxlanılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, Xaçmaz rayonunda qəbiristanlıqda məzardaşlarından birinin sındırılması barədə polisə məlumat daxil olub.
Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə məzardaşına qəsdən ziyan vuran Həbib Səfərbəyov saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb. H.Səfərbəyov barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam edir.