Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Xaçmazda yeddi kəndlə əlaqə çətinləşdi - Yaşayış evləri TƏHLÜKƏDƏ
Xaçmaz rayonunda Qudyalçay çayı üzərindəki avtomobil körpüsü qəzalı vəziyyətə düşüb.
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Xaspoladoba kəndi ərazindəki körpünün sel sularının təsiri nəticəsində qəzalı vəziyyətə düşməsi səbəbindən yeddi kəndin rayon mərkəzi ilə əlaqəsi çətinləşib. Xaspoladoba, Gəncəli, Bəbəli, Əzizli, Əhmədoba, Hacıəhmədoba, Hacıqurbanoba kəndlərinin sakinləri ötən gün axşam saatlarından başlayaraq rayon mərkəzinə getmək üçün alternativ yollardan istifadə edirlər.
Qudyalçayda sel sularının səviyyəsinin qalxması nəticəsində Xaspoladoba kəndində çayın kənarında yerləşən bir neçə yaşayış evi üçün ciddi təhlükə yaranıb.
Xaçmaz Rayon Fövqəladə Hallar Komissiyasının sədri, Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının müavini Anar Oruclu bildirib ki, hazırda komissiyanın və digər əlaqədar dövlət qurumların nümayəndələri əraziyə baxış keçirirlər. Vəziyyət yerində qiymətləndirildikdən sonra fəsadların aradan qaldırılması üçün müvafiq addımlar atılacaq.
"Xaçmaz rayonu" teqi üzrə xəbərlər
- Xaçmazda polis "Təmiz hava" aylığı ilə bağlı tədbir keçirib
- Xaçmazda kişinin cinsi orqanını kəsməkdə təqsirləndirilən şəxs həbs edildi
- Xaçmazda 8-ci sinif şagirdi faciəli şəkildə öldü
- Xaçmazda qəza törədən sürücü xəstəxanada ÖLDÜ
- Boğub öldürdükdən sonra könüllü təslim olubmuş - Mollanın arvadının qətlinin TƏFƏRRÜATI