Xaçmazda küləyin enerji sarıdan törətdiyi fəsadlar aradan qaldırılır.
Bizim.media-nın məlumatına görə, rayon mərkəzində və 94 yaşayış məntəqəsində səhər saatlarından kəsilən enerji verilişinin bərpası üçün “Azərişıq” ASC-nin Xaçmaz və Xudat elektrik şəbəkələrinin qəza briqadaları işləri davam etdirir.
Rayonun bir hissəsinə enerji verilişi bərpa olunsa da, abonentlərin xeyli hissəsi səhər saatlarından işıqsızdır.
20:56
Xaçmazın 100-ə yaxın kəndi işıqsız qalıb.
“Report”un xəbərinə görə, güclü külək nəticəsində rayonun 100-ə yaxın yaşayış məntəqəsində - 18 min abonentin elektrik enerjisi ilə təminatında fasilələr yaranıb.
Güclü külək rayonun müxtəlif ərazilərində iri gövdəli ağacları aşırıb, həmçinin şəhərin N.Nərimanov küçəsi, 74 A ünvanında çoxmənzilli yaşayış binasının dam örtüyünün 800 kv metr hissəsini uçurub.
Hazırda küləyin fəsadlarını aradan qaldırılması və dəymiş ziyanın hesablanması istiqamətində müvafiq işlər aparılır.