Biləsuvar rayonunun Bəydili kəndində intihar hadisəsi qeydə alınıb.
Oxu.Az-ın BakiPost.az-a istinadən məlumatına görə, 4 ay əvvəl xalası oğlu ilə ailə quraraq Bəydili kəndinə gəlin köçən Aşağı Cürəli kənd sakini Abbasova Könül Sakit qızının cəsədi tavandan asılı vəziyyətdə tapılıb.
Qeyd olunur, Könül valideynləri tərəfindən öz xalası oğluna məcburən ərə verilib.
Bəydili kənd bələdiyyəsinin sədri İlqar Kərimov intihar faktını təsdiqləyib. Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki bilinmir.
S.B.
www.oxu.az