Mərhum bəstəkar Tofiq Bakıxanov İkinci Fəxri xiyabanda dəfn olunub.
Oxu.Az mərasimdən görüntünü təqdim edir:
Görkəmli bəstəkar, Xalq artisti Tofiq Bakıxanovla vida mərasimi başa çatıb.
Oxu.Az xəbər verir ki, vida mərasimi Təzəpir məscidində baş tutub.
Bəstəkarın nəşi torpağa tapşırılmaq üçün İkinci Fəxri xiyabana aparılıb.
Görkəmli bəstəkar, Xalq artisti Tofiq Bakıxanovla vida mərasimi keçirilir.
Oxu.Az xəbər verir ki, vida mərasimi Təzəpir məscidində baş tutur.
Vida mərasimində mərhumun dostları, yaxınları, sənət yoldaşları, ictimaiyyət nümayəndələri iştirak edirlər.
Mərasimdən sonra bəstəkar İkinci Fəxri xiyabanda dəfn olunacaq.
Xatırladaq ki, Xalq artisti Tofiq Bakıxanov avqustun 23-də vəfat edib.