Əməkdar İncəsənət xadimi, şair Çingiz Əlioğlu ilə vida mərasimi Təzə Pir məscidində keçirilib.
Oxu.Az xəbər verir ki, şairin nəşi dəfn olunması üçün "Qurd Qapısı" qəbiristanlığına gətirilib və torpağa tapşırılıb.
Dəfn mərasimində şairin yaxınları, dostları, sənət yoldaşları iştirak ediblər.
Əməkdar İncəsənət xadimi, şair Çingiz Əlioğlunun Qurd Qapısı qəbiristanlığında dəfn olunacaq.
Bu barədə Oxu.Az-a Azərbaycan Yazıçılar Birliyindən məlumat verilib.
Şair ilə vida mərasimi bu gün Təzəpir məscidində keçiriləcək.
Daha sonra onun nəşi "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılacaq.
Xatırladaq ki, şair ötən gün səhər saatlarında vəfat edib.