Azərbaycanın xalq artisti, tanınmış diktor Sabir Ələsgərov xəstəxanadan evə buraxılıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə Report-a Sabir Ələsgərovun qızı Mehriban Ələsgərova məlumat verib.
O, hazırda atasının vəziyyətinin yaxşı oldğunu deyib:
“Atam hələ zəifdir. Bu səbəbdən müalicəsini evdə davam etdirir. Şükür Allaha gəzə bilir, danışır, qidalanır. Amma hələ çox zəifdir. Həkimlərin nəzarəti altındadır”.
Xatırladaq ki, S.Ələsgərov keçən ay 1 saylı Şəhər Kliniki Xəstəxanasının Reanimasiya şöbəsinə ağır vəziyyətdə yerləşdirilmişdi.