Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Xalq şairi ürəyindən əməliyyat olundu
Müasir Azərbaycan poeziyasının ən görkəmli nümayəndəsi, Xalq şairi Nəriman Əliməmməd oğlu Həsənzadə Bakı Sağlamlıq Mərkəzində ürəyindən əməliyyat olunub.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq BSM-in Xarici əlaqələr və marketinq şöbəsinin müdiri Günay Kazımova məlumat verib.
Bildirilib ki, onun vəziyyəti hal-hazırda yaxşıdır və yaxın günlərdə evə buraxılacaq.
"93 yaşlı şair yanvarın 12-si axşam saatlarında xəstəxanaya müraciət edib. Tətbiq olunan ablasiya proseduru əsnasında altda öz ürək ritminin olmadığı aşkarlanıb və qısamüddətli kardiopulmonar resusitasiya (KPR) icra olunub. Ürək ritminin izlənməməsi səbəbindən pasiyentə müvəqqəti stimulyator taxılıb və bundan sonra eyni seansda daimi stimulyator implantasiyası proseduru icra olunub.
N.Həsənzadə bir neçə saatlıq Reanimasiya şöbəsində qaldıqdan sonra palataya keçirilib", - məlumatda bildirilir.

Rəylər