Xalq şairi Nəriman Həsənzadənin vəziyyəti yaxşıdır.
Bu barədə Oxu.Az-a şairin yaxınları məlumat veriblər.
Bildirilib ki, Nəriman Həsənzadənin kreatini yüksək imiş, lakin müalicələrdən sonra hər şey qaydasına düşüb:
"Hazırda Mərkəzi Klinik Xəstəxanada müalicə alır. Vəziyyəti çox yaxşıdır. Evə nə zaman buraxılacağını hələ bilmirik", - deyə yaxınları qeyd ediblər.
Aygün Mirakif
Xalq şairi Nəriman Həsənzadə Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib.
Oxu.Az xəbər verir ki, bu barədə APA-ya Mərkəzi Klinik Xəstəxananın baş həkimi Kamran Musayev məlumat verib.
"Hazırda Nəriman Həsənzadənin vəziyyəti ağır stabildir, müalicəsi davam etdirirlir", - deyə o bildirib.