Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Xanağalı sakinlərini bezdirən problem niyə həll olunmur?
Bərdə rayonunun Xanağalı kənd sakinləri yol problemi ilə bağlı narazılıq edirlər.
Onların sözlərinə görə, bir müddət əvvəl kəndin yollarına asfalt örtüyü çəkilsə də, sonradan aidiyyəti qurumlar həmin asfaltı qaşıyaraq çıxarıb. Sakinlər bildirirlər ki, yolun təmir ediləcəyi və yenidən asfaltlanacağı vəd edilib.
Lakin aradan bir neçə ay keçməsinə baxmayaraq, bu istiqamətdə heç bir iş görülməyib. "Gəlib dedilər ki, asfalt çəkəcəyik.
Asfaltımızı qaşıdılar, bilmirik ki, hara müraciət edək", - deyə kənd sakinlərindən biri vəziyyətdən narazılığını ifadə edib.
Daha ətraflı Baku TV-nin videomaterialında:

"Sakin şikayəti" teqi üzrə xəbərlər
- Saray qəsəbəsi sakinlərinin yol problemi: "Öz hesabımıza asfalt çəkmişik"
- İstilik sistemi olmayan mənzilə 209 manat borc yazılıb - ŞİKAYƏT
- Ötən gündən Nərimanov rayonunda içməli su PROBLEMİ VAR
- Dərdi də, təmiri də bitməyən Binəqədi yolu: İşlər niyə yekunlaşmır?
- Cəlilabad xəstəxanasının əməkdaşlarının maaşları verilmir? - RƏSMİ AÇIQLAMA