Mərhum aktrisa Xanım Qafarovanın son rəqs videosu yayılıb.
Oxu.Az xəbər verir ki, sözügedən video sosial şəbəkədə müğənni Kərim Abbasovun prodüseri Məmməd Məhərrəmov tərəfindən yayılıb. Görüntüdə müğənni Kərim və aktrisa birgə “Cütçü” rəqsini oynayırlar.
Xatırladaq ki, süd vəzi xərçəngi xəstəliyindən əziyyət çəkən Musiqili Teatrın aktrisası, əməkdar artist Xanım Qafarova iyul ayının 11-də vəfat edib.