Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Xankəndi 35 ildə necə dəyişdi? - "Doğmalarım olmadan qayıtmaq çox ağır idi"
Qarabağda yarımçıq qalan həyat hekayələri tamamlanaraq artıq yeni forma və məzmunla yazılmağa davam edir.
Ağrılı qəlbləri nəcib əməllərlə döyünən Qarabağ sakinləri öz doğma yurdlarına qayıdırlar. Xankəndi sakini Xatirə Vəliyeva kimi.
Xatirə xanım doğmaları ilə birlikdə ayrıldığı Xankəndidən ana yurduna onlarsız geri dönüb.
"Antiterror tədbirlərindən sonra Xankəndiyə ilk mən getdim. Düşünürdüm ki, evimizə gəlmişəm, amma doğmalarım, uşaqlığımı birlikdə keçirdiyim əzizlərim artıq həyatda yoxdur. Çox ağır bir hiss idi", - deyə o söyləyib.
X.Vəliyeva ermənilərin şəhəri ekoloji terrora məruz qoyduqlarını, onun görüntüsünü pozduqlarını vurğulayıb:
"Şükür ki, sonradan yamaq kimi inşa edilən tikililər artıq sökülür və şəhərin əvvəlki görüntüsü qaytarılır".
Daha ətraflı Baku TV-nin süjetində:
"Xankəndi" teqi üzrə xəbərlər
- Xankəndidə ikigünlük oftalmoloji səyyar müayinələr təşkil edilib
- "Meqa Sığorta" şirkətlər qrupu Xankəndidə filial açdı
- Zəfər Günü münasibətilə Xankəndidə bayram konserti və atəşfəşanlıq olub
- Xankəndi və Füzuli şəhərlərinə onlayn sifarişlərin çatdırılmasına başlanılıb
- Səhiyyə Nazirliyi Qarabağ Universitetində maarifləndirmə aksiyası təşkil edib