Ümumvətəndaş pasportlarının verilməsi qaydası dəyişdirildi.
Oxu.Az-a DİN mətbuat xidmətindən daxil olan məlumata görə, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 17 iyul tarixli Fərmanına uyğun olaraq, cari il sentyabr ayının 1-dən elektron daşıyıcısı olan ümumvətəndaş pasportlarının verilməsinə başlanılmış, əhalinin rahatlığının, vətəndaş məmnunluğunun təmin edilməsi üçün bir sıra digər təşkilati-praktik addımlar atılıb.
Vətəndaş məmnunluğunun təmin edilməsi və sözügedən Əsasnamənin tələblərinin icrası məqsədilə Daxili İşlər Nazirliyinin rəhbərliyi bu istiqamətdə əlavə tədbirlərin görülməsi barədə müvafiq göstəriş verilib.
Həmin göstərişə uyğun olaraq, bundan sonra ümumvətəndaş pasportları şəxsin yaşayış yeri üzrə qeydiyyatından asılı olmayaraq Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin bütün regional mərkəzlərində veriləcək.