Türkiyənin Eskişehir şəhərində Türk Dünyası Mədəniyyət günləri çərçivəsində yeniyetmələr arasında sərbəst güləş üzrə beynəlxalq turnir keçirilib.
Oxu.Az Siasport.az-a istinadən xəbər verir ki, turnirdə iştirak edən güləşçilərimiz 3 qızıl və 2 gümüş medala sahib olublar.
Yeniyetmələrdən ibarət yığma komandanın məşçqiləri Vahid Məmmədov və Rövşən Hacıyevin rəhbərliyi altında turnirə qatılan Əliabbas Rzazadə (42 kq), Sabutay Əmişov (46 kq) və Əfqan Xaşalov (50 kq) keçirdikləri bütün görüşləri qələbə ilə başa vurub, qızıl medal qazanıblar.
Yalnız finalda məğlub olan Mahir Əmiraslanov (58 kq) və Pənah İlyaslı (63 kq) gümüş medalla kifayətlənib.