Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Xərçəngdən əziyyət çəkən 16 yaşlı Pınarın dəstəyə ehtiyacı var
16 yaşlı Pınarın yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun anası Ramilə Həsənova məlumat verib.
O bildirib ki, övladı xərçəng xəstəliyindən əziyyət çəkir:
"Hər şey Pınarın idman dərsi zamanı yıxılaraq ayağını zədələməsi ilə başladı. Həkim bizi əmin etdi ki, heç nə yoxdur. Biz yay tətilinə qədər gözlədik və sonra qızımızı Bakıya apardıq. Onlar maqnit rezonans tomoqrafiyası (MRT) etdilər, ardınca biopsiyanı təhlil etdilər. Nəticədə qorxulu diaqnoz qoyuldu - sarkoma. Biz Pınarın müalicələrinə başladıq, o, bir neçə dəfə əməliyyat keçirdi".
Ramilə Həsənova hazırda dəstəyə ehtiyacları olduğunu deyib:
"Pınarın xəstəliyini bildiyimizdən bəri yeddi dəfə Türkiyədə müalicə almışıq. Biz sentyabr ayında Türkiyədə iki ay müalicə aldıq. Azərbaycana qayıtdıqdan sonra o, yenidən əməliyyat keçirdi. Pınar hazırda ağır kimyaterapiyalar qəbul edir. İnanın, bu dörd ildə Pınar üçün hər şeyimizdən keçmişik. Dəyərli əşyalarımızı, evimizi satmışıq. Yardımsevər şəxslərdən mənim övladıma dəstək olmalarını xahiş edirəm. Pınar çox gəncdir, onun gələcəyi hələ qabaqdadır, mən onsuz bir həyat təsəvvür edə bilmirəm".
Ailə ilə əlaqə: (055) 613-48-76.
Kapital Bank: 4169 7388 7603 0002.
"Köməyə ehtiyacı olan insanlar" teqi üzrə xəbərlər
- Qolları və ayaqları yanan bir yaşlı körpə təcili əməliyyat olunmalıdır - Bir günü qalıb
- On yaşlı Yağmurun iki günü qalıb: Təcili əməliyyat olunmalıdır
- Məryəmin sizin köməyinizə ehtiyacı var: 2 yaşlı körpənin gülüşünü solmağa qoymayaq
- Bağırsaqlarının 90 faizi çıxarılan Zəhranın müalicə üçün köməyə ehtiyacı var
- Səkkiz yaşlı Mehdinin sizin köməyinizə ehtiyacı var: Ən böyük arzusu anasına tərəf addımlamaqdır