Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Xərçəngdən əziyyət çəkən dörd yaşlı İbrahim: "Ana, kömək etsinlər, sağalım"
Dörd yaşlı İbrahim Abbasov ağır xəstəliklə mübarizə aparır.
Bu barədə Oxu.Az-a onun anası Əfsanə Abbasova məlumat verib.
O bildirib ki, övladının qarın boşluğunda bədxassəli şiş var və onun əməliyyatla götürülməsi lazımdır:
"Bunun üçün İbrahim əvvəlcə altı kurs kimyaterapiya almalı idi. Həmin kurslar başa çatdı. Biz yenidən analiz verdik və xərçəngin metastaz verdiyini öyrəndik. İbrahim yenidən kimyaterapiya qəbul etməlidir. Daha sonra əgər xeyrini görsək, əməliyyat olunacaq. Hamıdan xahiş edirəm, balamı ölümə tərk etməsinlər. Bu ağır günlərimizdə dəstək olsunlar. Bizə bu mərhələdə 13 min manat lazımdır.
İbrahimə dəstək olan insanlardan danışıram, o isə uşaq olsa da, hər şeyi başa düşür. Dəstək olanları eşidəndə sevinir. Deyir ki, "Ana, mən burada qalmaq istəmirəm, kömək etsinlər, sağalım". Artıq bədəni də çox yorulub, psixologiyası alt-üst olub. Ağır iynələr onu əldən salıb. Allah heç kimi belə ağır dərdlə sınağa çəkməsin".
Ailə ilə əlaqə: (055) 736-92-70.
Beynəlxalq Bank: 5522 0993 6709 0388.
"Köməyə ehtiyacı olan insanlar" teqi üzrə xəbərlər
- Bədəni yanan ikiyaşlı Tunarın dəstəyə ehtiyacı var
- Ata balasına kömək üçün yalvarır: "Qızımın gözündən 1 damcı yaş töküləndə mənim gözümdən sel axır"
- Yanıq xəsarətləri alan Turanın anası: "Narkozdan sonra qıcolmaları yarandı, müalicə edə bilmirik"
- İki övladı da xəstə olan ana: "Xalqıma yalvarıram, balalarımın yaşaması üçün bizə dəstək olun"
- Yanıq xəsarətləri alan bir yaşlı körpə təcili əməliyyat olunmalıdır: 1 100 manata ehtiyacları var