Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Xərçənglə mübarizə aparan 16 yaşlı yeniyetmənin cəmi bir günü qalıb: Xəstəliyi metastaz verib
16 yaşlı Pınarın yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun anası Ramilə Həsənova məlumat verib.
O bildirib ki, övladı xərçəng xəstəliyindən əziyyət çəkir:
"Hər şey Pınarın idman dərsi zamanı yıxılaraq ayağını zədələməsi ilə başladı. Həkim bizi əmin etdi ki, heç nə yoxdur. Biz yay tətilinə qədər gözlədik və sonra qızımızı Bakıya apardıq. Onlar maqnit rezonans tomoqrafiyası (MRT) etdilər, ardınca biopsiyanı təhlil etdilər. Nəticədə qorxulu diaqnoz qoyuldu - sarkoma. Biz Pınarın müalicələrinə başladıq, o, bir neçə dəfə əməliyyat keçirdi".
Ramilə Həsənova hazırda dəstəyə ehtiyacları olduğunu deyib:
"Pınarın xəstəliyini bildiyimizdən bəri yeddi dəfə Türkiyədə müalicə almışıq. Biz keçən il sentyabr ayında Türkiyəyə gedib orada iki ay müalicə aldıq. Azərbaycana qayıtdıqdan sonra o, yenidən əməliyyat keçirdi. Hazırda onun xəstəliyinin ağciyərinə yayıldığını öyrənmişik. Həkimlər onun təcili Türkiyəyə yollanmalı olduğunu deyirlər. İnanın, bu dörd ildə Pınar üçün hər şeyimizdən keçmişik. Dəyərli əşyalarımızı, evimizi satmışıq. Artıq sabah üçün bilet almışıq, həkimlər onun vəziyyətinin günü gündən ağırlaşdığını deyirlər. Pınarın Türkiyədə müayinələrdən keçməsi üçün lazım olan 5 000 manatdan 1 200 manat toplaya bilsək də, qalan məbləğimiz hələ çatmır. Pınar çox gəncdir, onun gələcəyi hələ qabaqdadır, mən onsuz həyatı təsəvvür edə bilmirəm. Yardımsevər şəxslərdən mənim övladıma dəstək olmalarını xahiş edirəm".
Ailə ilə əlaqə: (055) 613-48-76. (Whatsapp)
"Kapital Bank": 4169 7388 7603 0002.
"Köməyə ehtiyacı olan insanlar" teqi üzrə xəbərlər
- Yaş yarımlıq körpənin atası: "Fəhləlik edirəm, gücüm çatmır balama kömək olum"
- Bütün bədəni yanan Fəridin dəstəyə ehtiyacı var
- Xərçəngdən əziyyət çəkən dörd yaşlı İbrahim: "Ana, kömək etsinlər, sağalım"
- Atası atıb gedib, anası evlərdə təmizlik işləri görür: 10 yaşlı Məryəm təcili əməliyyat olunmalıdır
- 21 yaşlı gəncin həyatda qalması üçün dəstəyə ehtiyacı var