“Aparıcı-aktyor Elcan Rəsulovun vəziyyəti yaxşıdır”.
Bu barədə Oxu.Az-a onun köməkçisi Rauf Əlizadə məlumat verib.
O, aktyorun güclü soyuqdəymə keçirdiyini qeyd edib:
“Elcana güclü soyuq dəyib. Bronxlarında problem yaranıb. Bir neçə müddət öncə də xəstələnmişdi. Müalicə almadı, öskürürdü. Xəstəliyi ayaqüstü keçirdi. İndi də xəstələndi. Bir müddət öncəki xəstəlik ilə yenisi üst-üstə yığıldı”.
R.Əlizadə aktyorun ötən gün xəstəxanaya yerləşdirildiyini əlavə edib:
“Dünən xəstəxanaya yerləşdirdik. Xəstəxanaya getdi ki, rahat olsun. Həkimlər onu tez sağaltsınlar. Yay aylarında da xəstəxanaya yerləşdirilmişdi. Öd kisəsində problem var idi. Hazırda öd kisəsində heç bir problem yoxdur”.
“Elcan indi özünü normal hiss edir. İki-üç gün sonra xəstəxanadan çıxacaq”, - deyə R.Əlizadə deyib.
Xatırladaq ki, aparıcı-aktyor Elcan Rəsulov xəstəxanaya yerləşdirilməsi ilə bağlı öz şəxsi “Instagram” səhifəsində paylaşım etmişdi.
Nəzrin Vahid
Rəylər