Bakının Xətai rayonunda iki nəqliyyat vasitəsində yanğın olub.
APA xəbər verir ki, yanğın Əhmədli qəsəbəsi, Qaçaq Nəbi küçəsində qeydə alınıb.
İlkin məlumata görə, zibil qutusunda baş verən yanğın əvvəlcə “Opel” markalı minik avtomobilinə keçib. Daha sonra yanğın genişlənərək, minik avtomobilinin yanındakı “Hyundai” markalı avtobusa keçib.
Məlumatla əlaqədar Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidməti Xətai Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri dərhal çağırış ünvanına cəlb olunublar. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə söndürülüb.
02:49
Bakıda bir minik avtomobili və avtobus yanıb.
Bu bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Belə ki, hadisə paytaxtın Xətai rayonu ərazisində qeydə alınıb.
İki nəqliyyat vasitəsi alışaraq yanıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.