“RAHAT” supermarketlər şəbəkəsi xeyriyyəçilər üçün yardım qutuları hazırlayıb.
Oxu.Az xəbər verir ki, yeni tip koronavirus pandemiyası (COVİD-19) ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi karantin rejiminə uyğun olaraq, yaşı 65-dən yuxarı vətəndaşların evdənçıxma qadağası nəzərə alınaraq, tənha yaşayan ahıl şəxslərə və aztəminatlı ailələrə yardımlar etmək istəyən vətəndaşlar hazır yardım qutularını “RAHAT” supermarketlər şəbəkəsinin istənilən şöbəsindən alaraq xeyriyyəçilik edə bilərlər.
Artıq bir neçə aztəminatlı ailəyə bu cür yardım qutuları təqdim olunub.