Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Xəzər dənizində canlıların kütləvi tələf olmasının səbəbi AÇIQLANDI
Xəzər dənizində kiçik balıqlarla yanaşı böyük balıqlar da ölür. Canlıların kütləvi tələfi Xəzərin bütün hövzələrində müşahidə edilir.
Xezerxeber.az-ın məlumatına görə, Qazaxıstanda xırda balıqların və xərçənglərin kütləvi tələf olmasından sonra aparılan araşdırma ilə müəyyən edilib ki, canlıların ölümünə dənizə zərərli maddələrin atılması səbəb olub.
Coğrafiya İnstitutunun Xəzər dənizinin Hidrometeorologiyası şöbəsinin müdiri coğrafiya elmləri doktoru Səid Səfərov bildirib ki, zəhərli maddələrin suya atılması canlıların kütləvi məhvinə səbəb ola bilər.
Səid Səfərovun sözlərinə görə, dəniz canlılarının ölməsinin bir çox səbəbləri var. Dayaz yerlərdə temperatur həddindən artıq artdığı üçün oksigen çatışmazlığı ilə əlaqədar suda yaşayan canlılar tələf olurlar.
Qeyd edək ki, Xəzərdə canlıların kütləvi ölümü ilə bağlı Azərbaycan, Qazaxıstan və Rusiyada elmi araşdırmalar aparılır.
Ətraflı süjetdə:
"Xəzər dənizi" teqi üzrə xəbərlər
- Balıq məhsullarının satışı üzrə yeni bazarlar salınacaq
- Milli Məclis "Azəri", "Çıraq", "Günəşli" yataqları ilə bağlı layihəni təsdiqləyib
- Xəzərdə yeni adalar yaranıb
- Xəzər dənizi fəlakət astanasında: "Prosesləri proqnozlaşdırmaq son dərəcə çətindir"
- Xəzərdə suyun azalması balıq ehtiyatına ciddi təsir edir
Rəylər