Xəzər dənizində güclü partlayış olub.
Oxu.Az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb.
Partlayış zamanı dəniz sahilində olan şəxslər həmin anın foto və videolarını çəkiblər.
Hadisə şahidlərinin bildiridiklərinə görə, partlayış kifayət qədər güclü olub və dalğası sahildə hiss olunub.
Hələlik hadisənin hansı səbəbdən baş verdiyi haqqında məlumat əldə etmək mümkün deyil.
Məsələ ilə bağlı SOCAR-ın mətbuat xidmətinin rəhbəri İbrahim Əhmədov məlumat verib.
O bildirib ki, SOCAR-ın birbaşa nəzarətində olan dəniz platformalarında və sənaye obyektlərində hər hansı qəza baş verməyib:
“Hazırda işlər normal rejimdə davam edir. SOCAR-ın birbaşa nəzarətində olan dəniz platformalarında və sənaye obyektlərində hər hansı qəza baş verməyib, iş normal rejimdə davam edir. Əlavə məlumat olarsa, ictimaiyyəti məlumatlandıracağıq”.
Xəzər dənizində güclü partlayış olub – VİDEO
Rəylər