Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri Xəzərdə batan balıqçının meyitini tapıblar.
Oxu.Az-ın FHN-nin saytına istinadən məlumatına görə, davam etdirilən axtarış xilasetmə əməliyyatı nəticəsində 1969-cu il təvəllüdlü Məmmədov Şamil Bayram oğlunun cəsədi batdığı yerdən 30 metr aralıda aşkar edilərək sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Əməliyyat saat 11:10-da başa çatıb.
10:49
Qaradağ rayonunda 2 nəfər balıqçı dənizin nəzarət olunmayan hissəsində sahildən 200 m. aralıda suda batma təhlükəsi ilə üzləşib.
Oxu.Az FHN rəsmi saytına istinadən xəbər verir ki, qurumun “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, nazirliyin dalğıc-xilasediciləri tərəfindən balıqçılardan biri xilas edilib.
Hazırda digər balıqçının axtarışı davam etdirilir.
Əlavə məlumat veriləcək.