Xəzər dənizində zəlzələ baş verib.
Oxu.Az Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, yerli vaxtla saat 18:28:05-də Nardaran-dan 160 km şərqdə, Xəzər dənizində zəlzələ qeydə alınıb.
Məlumata görə, zəlzələnin maqnitudası 4.5 bal, dərinliyi 59 km olub.
Yeraltı təkanlar hiss olunmayıb.
S.B.
www.oxu.az