Bu gün yerli vaxtla saat 13:59 radələrində 15:52-də Astaradan 12 km şimal-şərqdə, Xəzər dənizində zəlzələ baş verib.
Oxu.Az-ın Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən verdiyi məlumata görə, 3.3 maqnitudalı zəlzələnin ocağı 30 km dərinlikdə yerləşib.
Zəlzələ 3 bala qədər hiss olunub.