Xəzərdə zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Oxu.Az-a verilən məlumata görə, bu gün yerli vaxtla 12:01-də Xəzər dənizində zəlzələ qeydə alınıb.
Təkanların maqnitudası 3,2 gücündə olub və 59 km dərinlikdə baş verib.
Qeyd edək ki, zəlzələ hiss olunmayıb.