Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin Xəzər dənizində qəzaya uğraması nəticəsində itkin düşən pilotun kimliyi məlum olub.
Oxu.Az xəbər verir ki, sözügedən şəxs polkovnik-leytenant Rəşad Atakişiyevdir.
Bundan başqa, o, sabiq dövlət müşaviri Qabil Hüseynlinin kürəkənidir.
Q.Hüseynli faktı saytımıza təsdiqləyib.
Qeyd edək ki, hadisə iyulun 24-də saat 22:00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən zaman baş verib. MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib.
Pilotun axtarışı və xilas edilməsi üçün tədbirlər həyata keçirilir.
Samir İsayev
Rəylər