Xəzər dənizinin Sumqayıt sahilində ölü suitilər peyda olub.
Oxu.Az Milli.Az-a istinadən xəbər verir ki, adətən güclü küləkdən sonra sahildə bu cür hallara rast gəlmək mümkündür.
Lakin ötən gün və ondan əvvəlki gün hava şəraitinin sabit keçdiyi Abşeron yarımadası ərazisində belə bir hadisə təəccüb doğurur.
Məsələyə aydınlıq gətirmək üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova ilə əlaqə saxlanıldı.
Nazirlik rəsmisi məlumatı aldıqdan və şəkilləri gördükdən sonra həmin əraziyə ekspertlərin göndəriləcəyini qeyd etdi.
Araşdırma aparıldıqdan sonra hadisənin səbəbləri barədə məlumat veriləcəyini bildirdi.
Ürəyi zəif olan şəxslərin fotoşəkillərə baxmaması tövsiyyə olunur.