Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Xidmət rəisi: Deportasiya halları kəskin azalıb
Prezident İlham Əliyevin 14 iyulda imzaladığı sərəncamla miqrasiya ilə bağlı Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq dəyişikliklər qüvvəyə minib. Bu, çox əhəmiyyətli dəyişiklik idi.
Oxu.Az-ın məlumatına görə, bunu Dövlət Miqrasiya Xidmətində 2018-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında çıxışı zamanı xidmətin rəisi Vüsal Hüseynov bildirib.
Onun sözlərinə görə, bu dəyişikliklər bir çox istiqamətdə öz təsirini göstərib:
“Birinci olduğu yerdə qeydiyyatla bağlı dəyişiklik idi ki, bizim əvvəlki qanunvericilikdə əcnəbilər 10 gün ərzində qeydiyyata düşməli idilər.
Yeni qanunvericiliyə əsasən, bu müddət 15 günə qədər artırılıb.
İkinci vacib məqam isə əvvəlki qanunvericilikdə olan müddəa həm turizmin təşviqi baxımından sərt bir müddəa idi ki, əcnəbi vətəndaş üç il ərzində iki dəfə miqrasiya ilə bağlı qanunvericiliyin tələblərini pozardısa, onun ölkəyə girişinə məhdudiyyət tətbiq edilirdi. Yeni qanunvericiliyə əsasən, bu müddəaya dəyişiklik edilib”.
Vüsal Hüseynov qeyd edib ki, yeni dəyişiklikdə əcnəbilərin hər hansı bir cərimələri və məsuliyyəti olduqda onlara seçim imkanı verilir:
“Onların bu cərimələri ölkəni tərk etdikdən sonra da ödəmək imkanları olur. Bu tədbirlərin nəticəsidir ki, inzibati qaydada kənara çıxarılan, girişi məhdudlaşdırılan şəxslər və ya deportasiya dediyimiz halların sayında kəskin azalma müşahidə olunub”.
İlhamə Əbülfət
"Azərbaycan" teqi üzrə xəbərlər
- Azərbayanda yeni idarəçilik modeli: "Məqsəd şəffaflığı və səmərəliliyi artırmaqdır"
- İki nəhəngin çəkişməsi, 47-ci prezident və Bakının manevrləri - Yeni dünya nizamı necə olacaq?
- İran Zəngəzur dəhlizi ilə bağlı mövqeyini dəyişir? - "Tehranın yanaşması ifşa olunmalıdır"
- Azərbaycanın etirazına İrandan reaksiyalar
- İranda molla rejimi dəyişə bilər: "Bu cür sistemlərin ömrü uzağı 70 il olur"
Rəylər