“2021-ci ildə nəsli tükənməkdə olan heyvanların ovlanması halları ötən illərlə müqayisədə xeyli azalıb”.
Oxu.Az-ın məlumatına görə, bunu Ovçuluq fəaliyyətlərinin təkmilləşdirilməsi sahəsində əməkdaşlığa dair imzalanan Anlaşma Memorandumu zamanı Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib.
Onun sözlərinə görə, bu istiqamətdə nəzarət tədbirləri gücləndirilir:
“Aparılan maarifləndirmə işləri də öz təsirini göstərir. Hazırda 2023-cü ildə nəşr olunacaq “Qırmızı kitab”a adı salınacaq heyvanlarla bağlı sayım aparılır”.
O qeyd edib ki, bu kimi heyvanların ovlanması qida xarakteri daşıdığı üçün AQTA ilə bağlı da fəaliyyət nəzərdə tutulub.
İlhamə Əbülfət