Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

XİN: Eritreyada saxlanılan Azərbaycan gəmiləri ilə bağlı danışıqlar davam edir
Eritreyada saxlanılan Azərbaycan gəmiləri ilə bağlı danışıqlar davam edir.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd edək ki, 2024-cü il noyabrın 7-də "Caspian Marine Services B.V." şirkətinin Azərbaycandakı filialı tərəfindən istismar olunan, Azərbaycanın dövlət bayrağı altında üzən "CMS Pəhləvan", "CMS İgid" və "CMS-3" gəmiləri Süveyş kanalı istiqamətindən Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərinə səfəri zamanı hava şəraitinin kəskinləşməsi nəticəsində Eritreyanın ərazi sularına məcburi giriş edib.
Keçid zamanı Eritreyanın liman qurumları ilə əvvəlcədən əlaqə saxlanılsa da, məlumat vermək mümkün olmayıb. 12 millik ərazi sularına daxil olduqdan sonra bu dövlətin müvafiq qurumu girişin icazəsiz olduğunu vurğulayaraq gəmiləri saxlayıb.
Gəmilərdə heyət üzvlərindən 18 nəfəri Azərbaycan, 6 nəfəri isə əcnəbi vətəndaşlar olmaqla, ümumilikdə 24 nəfər olub.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov məsələ ilə bağlı sonuncu açıqlamasında bildirib ki, qarşı tərəflə Ankara və Moskva səfirlikləri vasitəsilə aparılan danışıqlarda müsbət irəliləyişlər müşahidə olunub.
"Ceyhun Bayramov" teqi üzrə xəbərlər
- Ceyhun Bayramov "Serbiya Bayrağı" ordeni ilə təltif olunub
- Azərbaycan XİN başçısı Serbiyaya işgüzar səfərə yola düşüb
- Azərbaycan və Türkiyə XİN rəhbərlərinin görüşü olub
- Ceyhun Bayramov ATƏT-in baş katibinə Ermənistanla normallaşma prosesi barədə məlumat verib
- Ceyhun Bayramov Almaniyaya işgüzar səfərə yola düşdü
Rəylər