Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Bakıda su emalı müəssisəsinin fəaliyyəti dayandırıldı
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bakı şəhəri, H.Mirzəyev küçəsində yerləşən "Butasu A" MMC-yə məxsus qablaşdırılmış su emalı müəssisəsində keçirilmiş yoxlama zamanı bir sıra nöqsanlar müəyyən olunub.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, texnoloji ardıcıllıq prinsipinə riayət olunmadığı, qablaşdırma materiallarının yuyulması prosesinin kustar üsulla həyata keçirildiyi məlum olub.
Yoxlama zamanı qanunvericiliyin tələblərinə uyğun etiket məlumatları olmayan 150 ədəd 19 litrlik su bidonu, 105 ədəd 19 litrlik qablaşdırılmış su və istehsal tarixi qeyd edilməyən 384 ədəd 0.5 litrlik "Buta" əmtəə nişanlı qablaşdırılmış su aşkarlanıb.
Faktla bağlı müəssisənin fəaliyyəti dayandırılıb, rəhbərliyi barəsində inzibati protokol tərtib edilib.
"Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA)" teqi üzrə xəbərlər
- AKİA-nın keçmiş sədrinə AQTA-da yeni vəzifə verilib
- Dönər əti emal edən müəssisə barədə qalmaqal: AQTA iddiaları TƏKZİB ETDİ
- Bakıda daha bir restoranda nöqsanlar aşkarlandı
- Paytaxtdakı şadlıq evində mənşəyi məlum olmayan məhsullar aşkarlanıb - AÇIQLAMA
- Vəhşi heyvanlar arasında quduzluq xəstəliyinə qarşı peyvəndləmə həyata keçirilib