Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
UEFA Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılıb
UEFA Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılıb.
Oxu.Az-ın məlumatına görə, tədbirdə 1/16 finalın cütləri bəlli olub.
Liqa mərhələsində 9-24-cü yerləri tutan 16 komandanın rəqiblərinin adına aydınlıq gəlib.
UEFA Çempionlar Liqası
Pley-off mərhələsi
"Brügge" (Belçika) - "Atalanta" (İtaliya);
"Sportinq" (Portuqaliya) - "Borussiya Dortmund" (Almaniya);
"Mançester Siti" (İngiltərə) - "Real Madrid" (İspaniya);
"Seltik" (Şotlandiya) - "Bavariya" (Almaniya);
"Yuventus" (İtaliya) - PSV (Niderland);
"Feyenoord" (Niderland) - "Milan" (İtaliya);
"Brest" (Fransa) - PSJ (Fransa);
"Monako" (Fransa) - "Benfika" (Portuqaliya).
Qeyd edək ki, bu raundun oyunları 11-12 və 18-19 fevralda baş tutacaq. "Liverpul", "Arsenal", "Aston Villa" (hamısı İngiltərə), "İnter" (İtaliya), "Barselona", "Atletiko" (hər ikisi İspaniya), "Bayer Leverkuzen" (Almaniya), və "Lill" (Fransa) birbaşa 1/8 finala vəsiqə qazanıblar.
Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılacaq.
Oxu.Az-ın məlumatına görə, tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.
Mərhələnin mümkün cütlərini təqdim edirik:
"Monako" (Fransa) / "Brest" (Fransa) - PSJ (Fransa) / "Benfika" (Portuqaliya);
"Sportinq" (Portuqaliya) / "Brügge" (Belçika) - "Atalanta" (İtaliya) / "Borussiya Dortmund" (Almaniya);
"Seltik" (Şotlandiya) / "Mançester Siti" (İngiltərə) - "Real" (İspaniya) / "Bavariya" (Almaniya);
"Yuventus" (İtaliya) / "Feyenoord" (Niderland) - PSV (Niderland) / "Milan" (İtaliya).
"UEFA Çempionlar Liqası" teqi üzrə xəbərlər
- Qvardiola Çempionlar Liqasında yenə emosiyalarını saxlaya bilmədi: Başını və üzünü cırmaqladı
- Qvardiola Çempionlar Liqasında "Mançester Siti"nin qələbə şansları barədə fikrini bölüşdü
- Çempionlar Liqasında əsrin rekordu qeydə alınıb
- UEFA ÇL: Liqa mərhələsi yekunlaşdı
- UEFA Çempionlar Liqası: "Barselona" "Atalanta" matçında qalib müəyyənləşmədi
Rəylər