Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi vəzifəsini icra edən Hikmət Hacıyev atasının deputat Asəf Hacıyev olması haqda mətbuatda yer alan xəbərlərə aydınlıq gətirib.
Oxu.Az xəbər verir ki, AzVision.az-a açıqlama verən H.Hacıyev bu məlumatın yalnış olduğunu deyib:
“Bu tamamilə yalnışdır. Atamın adı Fərhaddır, özü də təqaüdçüdür”.
Qeyd edək ki, H.Hacıyev Elman Abdullayevin səfir təyinatından sonra XİN-in mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edir.