Məkkədə baş vermiş insidentdə zərər çəkənlər arasında Azərbaycan Respublikası vətəndaşlarının olması Səudiyyə Ərəbistanındakı səfirliyimiz tərəfindən bu ölkənin rəsmi dövlət qurumları ilə araşdırılır.
Bu barədə Oxu.Az-a Azərbaycan XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
Qeyd edək ki, son məlumatlara görə Məkkədə sentyabrın 11-də baş verən faciə nəticəsində ölənlərin sayı 107 nəfərə çatıb, daha 284 zəvvar yaralanıb.