Xırdalan sakinləri zibillikdə nəfəs ala bilmirlər.
Bu barədə Oxu.Az-ın redaksiyasına ünvanlanan şikayətdə qeyd edilib. Vətəndaş iddia edir ki, Abşeron rayonu Xırdalan şəhəri Mehdi Hüseynzadə küçəsində məişət tullantıları vaxtı-vaxtında təmizlənmir:
“Zibil qoxusundan nəfəs ala bilmirik. Dəfələrlə problemin həll edilməsi üçün müraciət etsək də, aidiyyəti qurumlar vətəndaşların probleminə diqqət etmirlər”.
Könül Cəfərli