Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Xırdalanda sakinlər pulu ödəmədilər - Antisanitar vəziyyət yarandı
Xırdalan şəhərinin sakinləri yaranan antisanitar vəziyyətdən şikayətçidirlər.
Sakinlər bildiriblər, Qalubiyyə küçəsində, ərazidəki musiqi məktəbinin qarşısındakı binanın ətrafında yığılan zibil 20 gündən çoxdur, təmizlənmir.
Sözügedən məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Abşeron Rayon İcra Hakimiyyətindən bildirilib ki, Abşeron Rayon Abadlıq və Kommunal Xidmətlər İdarəsi tərəfindən ərazi məişət tullantılarından tamamilə təmizlənib:
"Qeyd edilən ərazi "Turan-AH" MTK-nın həyətyanı ərazisidir. Bu vaxta qədər tullantıların daşınması ilə məşğul olan özəl şirkətlə MTK arasında bağlanmış müqavilə əsasında məişət tullantılarının ərazidən uzaqlaşdırılması həyata keçirilib. Lakin sözügedən binada yaşayan sakinlər bir müddət bundan öncə birləşərək "Xırdalan Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti - 1" təsis ediblər. Sakinlərin yeni yaratdıqları "Xırdalan MMMC-1" tərəfindən dekabr və yanvar aylarının ödəniş həyata keçirilmədiyindən tullantıların daşınması ilə məşğul olan özəl şirkət tərəfindən xidmətin göstərilməsi dayandırılıb. Buna baxmayaraq, Abşeron Rayon Abadlıq və Kommunal Xidmətlər İdarəsi tərəfindən ərazi məişət tullantılarından tamamilə təmizlənib, o cümlədən sakinlərə ərazinin təmiz saxlanılması tövsiyə olunaraq aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə sanitar-gigiyena normalarının pozulması ilə bağlı mövcud inzibati-tənbeh qaydaları izah edilib", - deyə cavabda qeyd olunub.
Aygün Mirakif
"Sakin şikayəti" teqi üzrə xəbərlər
- Xətai rayonunda sakinlərin SUSUZLUQ PROBLEMİ: "İllərdir deyirik, nəticə yoxdur"
- Sumqayıt sakinləri 12A və 30 nömrəli marşrut avtobuslarından ŞİKAYƏTÇİDİRLƏR
- Vətəndaşlar 594 nömrəli marşrut üzrə avtobus tapmaqda çətinlik çəkirlər - AYNA tapşırıq verib
- Ələt-Hacıqabul yolunda sürücülər üçün TƏHLÜKƏLİ VƏZİYYƏT
- Abşeronun Şəfəq qəsəbəsində kommunal problem: Binanın zirzəmisini su basıb