Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Xırdalanda elektrik xətti çəkmək üçün qazılan yer unudulub? - AÇIQLAMA + FOTO
Abşeron rayonu Xırdalan şəhərində yaşayan sakinlər yol kənarının baxımsız vəziyyətdə qalmasından şikayətçidirlər.
Oxu.Az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə paylaşılıb. Söhbət Xırdalan şəhərinin mərkəzi hissəsi sayılan Məhəmməd Əmin Rəsulzadə küçəsindən gedir.
Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Xırdalan şəhəri, Əbdüləli Mürsəlov küçəsində tikintisi uzun müddət yarımçıq qalmış binada “Hasil” MTK tərəfindən işlər bərpa edilib:
“Hazırda adıçəkilən MTK tərəfindən binanın elektrik şəbəkəsinin elektrik transformatoruna qoşulması məqsədilə işıq xəttinin çəkilməsi prosesi həyata keçirilir. Razılaşdırılmış layihə üzərindən aparılan işlər zamanı bəzi yerlərdə səkilərin qazılması zərurəti yaranıb və işlər artıq tamamlanmaq üzrədir. İşlər tamamlandıqdan sonra səkilər əvvəlki vəziyyətinə qaytarılacaq. Sakinlərin narahatlıqlarının nəzərə alınaraq tərəfimizdən görüləcək işlərin sürətləndirilməsi ilə bağlı şirkətə müraciət edilib”.
Könül Cəfərli
"Abşeron" teqi üzrə xəbərlər
- Abşeronda xəstəlikdən əziyyət çəkən kişi özünü öldürdü
- Sarayda yaşayış binasında baş verən yanğında xəsarət alan şəxsin son durumu AÇIQLANDI
- Xırdalanda 74 yaşlı qadın özünü spirtlə yandırdı
- 22 yaşında qətl törətmişdi - 17 il həbs cəzası aldı
- "Özünüz yatıb, özünüz dura bilirsiniz?" zarafatı qanla nəticələndi
Rəylər