Xırdalanda 13 mərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, yanğının qarşısı yanğınsöndürənlər tərəfindən alınıb.
Hazırda binanın çardaq hissəsində tüstülənən hissələrə su vurulur, yanğın-kəşfiyyat işləri aparılır. Bəzi məlumatlara görə, binanın yuxarı mərtəbəsində 3 mənzilə ciddi ziyan dəyib.
Yanğının başvermə səbəbləri araşdırılır.
18:31
Xırdalanda yaşayış binası yanır.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Abşeron Rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə Xırdalan şəhəri, 28-ci məhəllədə çoxmərtəbəli yaşayış binasının şaxtasında meydana gəlib.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Abşeron Rayon Dövlət Yanğından Mühafizə Hissəsindən verilən məlumata görə, baş verən yanğının miqyası böyüyür və hadisə yerinə 5 yanğınsöndürən maşın cəlb edilib.
Güclü külək nəticəsində yanğın binanın dam örtüyünə keçib. Hazırda binada yaşayan sakinlər evakuasiya edilir. Yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.