Xırdalan şəhərində kanalizasiya xəttində yaranan problem sakinlərin narazılığına səbəb olub.
Oxu.Az-a daxil olan müraciətdə bildirilir ki, şəhərdəki parklardan birinin yaxınlığında kanalizasiya suyu küçəyə axır.
Sakinlər problemin antisanitar vəziyyət yaratdığını bildirirlər. Onların sözlərinə görə, xüsusilə isti havalarda kanalizasiya suyunun küçəyə axması ətraf mühit və sağlamlıq baxımından narahatlıq doğurur.
Məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.
Videonu təqdim edirik:
Qaynar xətt:
(055) 224 12 12