Xırdalanda yerləşən tikintisi başa çatmamış beşmərtəbəli binada güclü partlayış baş verib.
Oxu.Az xəbər verir ki, APA TV-nin məlumatına görə, partlayış nəticəsində binanın bir blokunun üç mərtəbəsi çöküb.
Qeyd edək ki, Xırdalan şəhəri, 26-cı məhəllədə yerləşən tikintisi başa çatmamış binada məcburi köçkünlər məskunlaşıb.