Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Xırdalanda qanunsuz parklanma yeri yaradan sahibkara xəbərdarlıq edildi - YENİLƏNİB + FOTO
“Abşeron rayonunun Xırdalan şəhərində, Heydər Əliyev prospektindəki qanunsuz parklanma yeri yaradan mebel mağazası sahibinə xəbərdarlıq edilib”.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov bildirib.
O qeyd edib ki, Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən səkini qanunsuz olaraq zəbt edərək maşın dayanacağı yaradan obyekt sahibinə xəbərdarlıq edilib:
“Bildirilib ki, növbəti dəfə belə hallar baş verərsə, haqqında daha ciddi tədbirlər görüləcək”.
16:51
Abşeron rayonunda mebel mağazasının zəbt etdiyi səki əvvəlki vəziyyətinə qaytarılıb.
Oxu.Az-ın məlumatına görə, Xırdalan şəhərində, Heydər Əliyev prospektindəki qanunsuz parklanma yeri ləğv edilib.
Daha çox şəkil burada: Photostock.az
15:30
Abşeron rayonunun Xırdalan şəhərində, Heydər Əliyev prospektində səki zəbt olunub.
Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Bildirilib ki, mebel mağazasının sahibi səkini qanunsuz olaraq zəbt edib, maşın dayanacağı yaradıb.
Nəticədə maşınlar səkini bütünlüklə zəbt etdiyi üçün piyadalar prospektin hərəkət hissəsinə çıxmalı olurlar. Bu da təhlükə yaradır.
Məsələ barədə Abşeron Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq.
Qurumun mətbuat katibi Seymur Qasımov Oxu.Az-a açıqlamasında bildirdi ki, artıq məsələ nəzarətə götürülüb:
“Səkinin zəbt edilməsi barədə Xırdalan Şəhər İcra Nümayəliyinə məlumat daxil olub. Əməkdaşlar əraziyə baxış keçiriblər və məlum olub ki, piyada səkisinin yerində maşınlar üçün qeyri-qanuni olaraq parklanma yaradılıb.
Məsələ nəzarətə götürülüb. Yaxın zamanlarda piyada səkisi bərpa olunacaq və vətəndaşların istifadəsinə veriləcək”.
İlhamə Əbülfət
Rəylər