Xırdalan şəhərində yolların bərbad vəziyyəti sakinlərin narazılığına səbəb olub.
Oxu.Az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
Yaşayış binalarının yerləşdiyi ərazidə yol örtüyü yararsız vəziyyətə düşüb. Yolda çox sayda çuxur əmələ gəlib, bəzi hissələrdə isə yağış və ya texniki suların toplanması nəticəsində iri gölməçələr yaranıb.
Sürücülər nəqliyyat vasitələrinin həmin ərazidə hərəkətinin çətinləşdiyini, yolun avtomobillərə ziyan vurduğunu bildirirlər.
Məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.