Xızıda bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
DİN-in Mətbuat Xidmətindən Oxu.Az-a verilən məlumata görə, dekabrın 25-də saat 8 radələrində Xızı rayonunun Məşədihəsən kəndi ərazisində Quba rayon sakini Ş.Qafarov idarə etdiyi “Ford Transit” markalı avtomobili beton maneəyə vurub.
Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən sürücü orada ölüb.
Faktla bağlı Xızı Rayon Polis Şöbəsində araşdırma aparılır.