Xızıda güclü yanğın hadisəsi qeydə alınıb.
FHN-dən Oxu.Az-a verilən məlumata görə, hadisə rayonun Giləzi qəsəbəsində baş verib.
Məlumata əsasən, vətəndaşa məxsus həyətyanı sahədə tikilmiş ümumi sahəsi 30 m2 olan anbarın içərisində 5 ton ot bağlamasının 600 kq və anbara bitişik talvarın altında olan 3 ədəd minik və 1 ədəd yük avtomobili qismən yanıb.
Anbar və avtomobillərin qalan hissələri yanğından mühafizə olunub.
Yanğın söndürülüb.
A.M.
www.oxu.az