Ötən gün axşam saatlarında Xızı rayonunun Xələflər kəndi ərasinində baş verən ağır yol nəqliyyat hadisəsi ilə bağlı cinayət işi açılıb.
Oxu.Az xəbər verir ki, bu barədə APA-nın yerli bürosuna Xızı rayon Polis Şöbəsindən məlumat verilib.
Məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə (ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümü) cinayət işi başlanıb.
Hələlik saxlanılan yoxdur. Avtobusun sürücüsü hadisə zamanı ağır bədən xəsarətləri alıb və hazırda xəstəxanadadır.
Qeyd edək ki, ötən gün Xızı rayonu ərazisində “Hyundai” markalı mikroavtobus aşıb. Qəza nəticəsində 3 nəfər ölü, 21 nəfər xəsarət alıb.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, qəzaya uğrayan “Hyundai” sifarişlə sərnişindaşıma xidməti göstərən avtobus olub.
08:59
Mayın 29-da Xızıda baş verən yol qəzası nəticəsində ölən sərnişinlərdən sonuncusunun da şəxsiyyəti müəyyənləşib.
Oxu.Az-ın APA-ya istinadən məlumatına görə, həmin şəxs Sərxan Abdullayevdir.
Bu barədə Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasından bildirilib.
29.05.2016
Bu gün axşam saatlarında Xızı rayonu, Xələflər kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, içərisində tələbələr olan “Hyundai” markalı avtobus yoldan çıxaraq dərəyə aşıb, hadisə nəticəsində 21 nəfər xəsarət alıb,
Artıq qəza nəticəsində ölən və yaralananların bəzilərinin adları məlum olub.
Yaralılar 2005-ci il təvəllüdlü Nigar Kazımlı, 1965-ci il təvəllüdlü İndira Mollayeva, Ziba Rəhimova, Lalə Rəhmanova,1950-ci il Qafar Abdullayev, 1951-ci il təvəllüdlü Çaylar Mikayılov, Rasim Rzayev, Leyla Fərhadova, İsmayıl Feyzullayev, 1966-cı il təvəllüdlü Əsəd Qurbanov,1954-cü il təvəllüdlü Nizami Abdullayev, İradə Əliyeva, Fərqanə Fərzəliyeva, Hədiyyə Əliyev və Vüsalə Ağabəylidir.
Onlar Xızı rayon Mərkəzi Xəstəxanasına çatdırılır.
Ölənlərdən iki nəfər isə Sumqayıt Dövlət Texniki Kollecinin müəllimi 1984-cü il təvəllüdlü Hacıyev Kamil İslam oğlu və kollecin yeməkxanasında çalışan Dilarə adlı xanımdır. Daha bir nəfərin şəxsiyyəti hələlik müəyyən edilməyib.
Zərərçəkənlərin əksəriyyəti Sumqayıt Dövlət Texniki Kollecinin əməkdaşlarıdır.