Bakıda 3 uşaq göldə boğulub.
Binəqədi Rayon Polis İdarəsindən APA-ya bildirilib ki, hadisə bu gün Xocasən gölündə baş verib. 10-12 yaşında üç uşaq göldə çimərkən batıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb edilib. Hər 3 uşağın meyiti FHN-nin dalğıc-xilasediciləri tərəfindən tapılaraq ailələrinə təhvil verilib. Əməliyyat saat 20:08-də başa çatıb.
Binəqədi Rayon Polis İdarəsindən verilən məlumata görə Xocasən gölündə batanlar Yasamal rayon sakinləri, 2001-ci il təvəllüdlü Baloğlan İbrahim oğlu Sadıqov, 2002-ci il təvəllüdlü Rauf Vüqar oğlu Əbilov və 2001-ci il təvəllüdlü Həsən Mütəllim oğlu Bədəlovdur.
www.apa.az
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin