Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Xocalıda xeyli sayda döyüş sursatı aşkar edilib
Qarabağ bölgəsində ərazinin mühəndis kəşfiyyatının aparılması zamanı Ermənistan silahlı birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələrinə məxsus xeyli sayda döyüş sursatı ilə dolu yeşiklər və artilleriya mərmiləri aşkar edilib.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinin fəaliyyəti nəticəsində Xocalı rayonu ərazisində aşkar edilən sursat və mərmilər müsadirə edilib.
Azad edilən ərazilərdə minaların və partlamamış döyüş sursatlarının aşkar olunaraq zərərsizləşdirilməsi, eləcə də mühəndis təminatı üzrə digər zəruri tədbirlər davam etdirilir.

"Müdafiə Nazirliyi" teqi üzrə xəbərlər
- Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsi yad edilib
- "Qış təlimi - 2025"in "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib
- Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlıq məsələləri müzakirə edilib
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi
- Azərbaycan hərbçiləri "Qış təlimi - 2025"də yüksək peşəkarlıq nümayiş etdirirlər