Bakı şəhəri, Binəqədi rayonunda Xocəsən gölü ətrafında hazırda antisanitar vəziyyət müşahidə olunur.
Photostock.az-ın Xocəsən gölü ətrafından hazırladığı fotoreportajda göstərilir ki, gölün ətrafına atılan məişət tullantıları, tikinti qalıqları, plastik butulkalar və polietilen torbalar təbiətə ciddi ziyan vurur. Ərazidə hökm sürən antisanitar vəziyyət və üfunət qoxusundan şikayətçi olan sakinlərin sözlərinə görə, kanalizasiya suları birbaşa gölə axıdılır.
Bu vəziyyət isə yalnız təbiətə deyil, eyni zamanda, insan sağlamlığına da ciddi təhlükə yaradır.
PhotoStock.az-ın Xocəsən gölü ətrafından hazırladığı fotoreportajı təqdim edirik:





Daha çox foto burada: PhotoStock.az